UFC-nin bantam çəki dərəcəsində çempionu Petr Yan növbəti döyüşünün təxmini vaxtını açıqlayıb. O bildirib ki, qarşıdakı qarşılaşmasının mart-aprel aylarında baş tutacağı gözlənilir. Yan həmçinin UFC rəhbərliyinə kəmər müdafiəsini Rusiyada keçirməyi təklif etmək istədiyini vurğulayıb.

Offsideplus.az xəbər verir ki, Petr Yan mümkün rəqibləri kimi Şon O'Mallini və Sun Yadunu göstərib. "Hər iki döyüşçü ilə artıq qarşılaşmışam. Sun Yadunu məğlub etmişəm. O'Malliyə qarşı da qələbə qazandığımı düşünürəm, amma hakimlər onun əlini qaldırdı. Əgər UFC üçün bu döyüşlər maraqlı olarsa, yaxın vaxtlarda təşkil oluna bilər", – deyə Yan qeyd edib. O əlavə edib ki, kəmərini müdafiə etdikdən sonra UFC rəhbərliyinə növbəti müdafiəni Rusiyada keçirməyi təklif etmək niyyətindədir. "Hazırda bu, real görünməsə də, hər şey mümkündür. Təsəvvür edin, növbəti müdafiə Yekaterinburqda baş tutsa, bu, çox möhtəşəm və unudulmaz bir şou olar", – deyə Yan fikirlərini bölüşüb.

Qeyd edək ki, UFC 333 turnirində Petr Yan Merab Dvalişvilini hakimlərin yekdil qərarı ilə məğlub edərək kəmərini müdafiə edib. Həmçinin, Yan bu qələbəyə görə Rusiya Mis və Polad Şirkətinin təsisçisi İqor Altuşkindən 50 milyon rubl mükafat alıb.