UFC döyüşçüsü Coş Hokit İliya Topuriyanın ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirib. Hokit bildirib ki, əgər UFC-də yalnız bir çəki dərəcəsi olsaydı, Topuriya ağır çəkidə döyüşçülərlə bu cür danışmazdı.

Offsideplus.az xəbər verir ki, Hokit açıqlamasında bunları deyib: "Əgər siz mənə çıxış üçün meydan verirsinizsə, biz bir-birimizlə rəqabət aparmalı oluruq. Onun dediklərimdən xoşu gəlmirsə, bu, məni maraqlandırmır. O, yüngül çəkidə çıxış edən balaca bir oğlandır. Niyə ağır çəkidə döyüşçü ilə bu cür danışır? Çəki dərəcələri bu cür döyüşçüləri qorumaq üçün mövcuddur. Əgər açıq çəki dərəcəsi olsaydı, onlar belə danışmazdılar. Onlar öz çəkilərinin arxasında gizlənirlər. Bu məni qıcıqlandırır, xüsusilə də mənim haqqımda xoşagəlməz sözlər deyəndə. Əvvəllər istənilən döyüşçü istənilən rəqiblə döyüşə bilərdi".

Qeyd edək ki, 15 noyabrda Hokit UFC 334-də Siril Qanla titul döyüşünə çıxacaq.