Fermin Lopes La Liqanın 12-ci turunda "Atletiko" ilə "Barselona" arasında keçirilən qarşılaşmanın ən yaxşı oyunçusu olub.

Offsideplus.az xəbər verir ki, kataloniyalı yarımmüdafiəçi dubl edərək 9.0 indeks xalı toplayıb. "Barselona"nın digər futbolçularından Lamin Yamal 8.7, Rafinya isə 6.2 xalla qiymətləndirilib. "Atletiko"nun heyətində isə Xuliano Simeone 8.0 xalla komandasının ən yaxşısı olub.

Qarşılaşma "Barselona"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.