Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında çimərlik güləşi üzrə yarışlara yekun vurulub.

Offsideplus.az xəbər verir ki, Azərbaycan idmançıları turniri iki qızıl medalla başa vurublar.

70 kq çəki dərəcəsində mübarizə aparan Tunar Quliyev yarımfinalda ukraynalı Mikita Kuzmenkoya (2:0), finalda isə gürcüstanlı Luka Maxaradzeyə (3:1) qalib gələrək çempion olub.

80 kq-da yarışan Elgün Kərimli isə yarımfinalda seneqallı Ablaye Diufu (5:0), həlledici görüşdə isə Gürcüstan təmsilçisi Nurəddin Mustafayevi (3:1) üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Ötən gün Nihad Süleymanlının (80 kq) qazandığı gümüş medalı da nəzərə almaqla, 70 xal toplayan milli komandamız ümumi komanda hesabında 1-ci yeri tutub. Gürcüstan (61 xal) ikinci, Seneqal (58 xal) isə üçüncü pillədə qərarlaşıb. Güləşçilərimiz bu möhtəşəm zəfəri 8 Noyabr — Zəfər Günündə xalqımıza bəxş ediblər.