"Atletiko"nun baş məşqçisi Dieqo Simeone "Barselona"ya qarşı oyunlarda daha çox məğlubiyyət alıb.
Offsideplus.az xəbər verir ki, argentinalı mütəxəssis 2011-ci ilin dekabrından Madrid klubuna rəhbərlik edir. Bu müddətdə "Barselona"ya qarşı 47 oyunda 27 dəfə uduzub, 12 dəfə heç-heçə edib, 8 dəfə qalib gəlib.
Eyni dövrdə "Real Madrid"ə qarşı 51 qarşılaşmada 22 məğlubiyyət, 15 heç-heçə və 14 qələbə qeydə alıb.


