"Barselona" La Liqanın 12-ci turunda səfərdə "Atletiko"nu 2:1 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi İspaniya çempionatında 2021-ci ilin oktyabrından bəri öz meydanında kataloniyalılara qalib gələ bilmir. Həmin vaxtdan bəri "Atletiko" evdə "Barselona"ya qarşı ardıcıl beşinci məğlubiyyətini alıb.


