Azərbaycan Basketbol Liqasında (ABL) 6-cı turun görüşləri başa çatıb.

Offsideplus.az xəbər verir ki, 6-8 noyabr tarixlərində keçirilən matçlarda aşağıdakı nəticələr qeydə alınıb:

"Ordu" – "Sabah" (81:93)

"Neftçi" – NTD (82:63)

"Gəncə" – "Sumqayıt" (76:80)

"Naxçıvan" – "Landau Lions" (63:59)

Zəfər Gününə təsadüf edən turun son qarşılaşmalarından öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Yoluna məğlubiyyətsiz davam edən "Neftçi" turnir cədvəlinin vahid lideridir, NTD isə sonuncu pillədə qərarlaşıb.