Kevin Dürant "Finiks Sans"a qarşı oyundan sonra keçmiş klubuna qayıtmaqla bağlı təəssüratlarını bölüşüb. O bildirib ki, bu, adi bir NBA qarşılaşmasıdır və xüsusi əhəmiyyət kəsb etmir. "Burada iki il yarım çıxış etmişəm, qardaş. Buna o qədər də böyük önəm verməyə dəyməz", – deyə "Hyuston Rokets"in forvardı 99:102 hesablı məğlubiyyətdən sonra qeyd edib.

Offsideplus.az xəbər verir ki, Dürant Finiksdə keçirdiyi günləri hələ də xoş xatirələrlə yad etdiyini vurğulayıb. "Orada yaşamaq mənə xoş idi. Düzünü desəm, bu şəhəri hər gün darıxıram. Liqada çıxış etdiyim müddətdə yaşamaq üçün ən sevdiyim yer məhz buradır. Ümumiyyətlə, heç kimlə problemim yoxdur", – deyə ulduz basketbolçu əlavə edib.