Misli Premyer Liqasında XI turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, günün ilk oyununda "İmişli" və "Sumqayıt" üz-üz gələcək.

Görüş Yevlax şəhər stadionunda baş tutacaq və saat 15:00-da start götürəcək.

"İmişli" 10 xalla 8-ci yerdədir. Bir xal az toplayan "Sumqayıt" isə 9-cu yerin sahibidir.

MPL, XI tur

8 noyabr (bazar)

15:00 “İmişli” – “Sumqayıt”

Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Müslüm Əliyev, Namiq Bəkirov

VAR: Cavid Cəlilov

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Azər Əsgərov

Yevlax şəhər stadionu