İspaniyalı yarımmüdafiəçi David Silva uzun fasilədən sonra karyerasını bərpa edərək ilk oyununda fərqlənib.
Offsideplus.az xəbər verir ki, 40 yaşlı futbolçu Honqkonq çempionatında "Şatin"in heyətində debüt edib və "Honqkonq Reyncers"lə qarşılaşmada penalti zərbəsini dəqiq yerinə yetirib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Bir ay əvvəl David Silva "Real Sosyedad", "Mançester Siti", "Valensiya" və İspaniya millisində çıxış etdikdən sonra "Şatin"lə qısa müddətli müqavilə imzalayıb.


