UFC-nin ağırçəkili döyüşçüsü Aleksandr Volkov bu gecə keçiriləcək UFC Fight Night 293 turnirində Conni Uokerin küncündə yer alacaq. Uoker Valdo Kortes-Akosta ilə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, Volkov bu barədə açıqlama verib: "Fikirləşirsiniz, görəsən hara belə şən və gözəl gedirəm? Conni Uokerin növbəti döyüşündə onun küncündə olacağam. İndi çəkiölçməyə gedirik. Uokerə dəstək olmağa yollanıram, təsəvvür edirsiniz?" Qeyd edək ki, UFC Fight Night 293 turniri bu gecə baş tutacaq.