İliya Topuriya sonuncu dəfə oktaqona 2026-cı ilin iyununda çıxıb və Castin Geyciyə texniki nokautla uduzub. İki çəki dərəcəsində sabiq UFC çempionu döyüşdən sonra qarşılaşmanı hələ də izləmədiyini bildirib.
Offsideplus.az xəbər verir ki, Topuriya bu barədə belə danışıb: "Döyüşü izlədinmi? Xeyr. Niyə? Bilmirəm, bunu görmək istəmirəm. Mənə bunun nə faydası var? Əlbəttə, hansısa məqamda səhvləri düzəltmək üçün baxmalı olacağam, amma hələ ki, döyüşə baxmamışam".
Topuriya əlavə edib: "Əgər qardaşım Geyci ilə döyüşü dayandırmasaydı, mən bir daha oktaqona çıxmazdım".


