Ulduz forvard Cimmi Batler ön çarpaz bağının qopmasından sonra bərpa prosesini davam etdirir. "Qolden Steyt Uorriors" rəhbərliyi oyunçunun meydançaya qayıdışını transfer pəncərəsinin bağlanmasından əvvəl gözləyir.
Offsideplus.az xəbər verir ki, klub daxilindən verilən məlumata görə, "Qolden Steyt Uorriors" Batleri başqa komandaya göndərmək niyyətində deyil. Eyni zamanda, Batlerin reabilitasiyası planlaşdırılandan daha sürətli gedir və komanda onun tezliklə sıraya dönəcəyinə ümidlidir. Qeyd edək ki, bu cür zədələrin sağalması adətən 9-12 ay çəkir. Batler 2026-cı il yanvarın 19-da "Mayami Hit"ə qarşı oyunda zədələnmişdi.


