"Barselona" ilə "Atletiko" arasında La Liqanın ikinci dövrəsindəki qarşılaşmanın tarixi dəyişdirilib.
Offsideplus.az xəbər verir ki, La Liqa rəhbərliyi 23-cü turun "Real Sosyedad" – "Real Madrid" və "Barselona" – "Atletiko" oyunlarını 2027-ci ilin fevralından 2 dekabra keçirib. Buna səbəb həmin klubların 2-6 fevral tarixlərində İstanbulda təşkil olunacaq İspaniya Superkubokunda iştirak edəcək olmalarıdır.
Beləliklə, "Barselona" və "Atletiko" cəmi 24 gün ərzində ikinci dəfə üz-üzə gələcək. Komandalar sabah Madrid şəhərində birinci dövrənin oyununda qarşılaşacaq. Superkubokun ilk yarımfinalında isə 2 fevralda yenidən bir-birilərinə rəqib olacaqlar. 3 fevralda isə "Real Madrid" "Real Sosyedad" ilə ikinci yarımfinalda qarşılaşacaq.


