"Liverpul"un sabiq qapıçısı Bred Fridel hesab edir ki, Bredli Barkolyanı yalnız statistik göstəricilər və transfer dəyəri ilə qiymətləndirmək düzgün deyil.

Offsideplus.az xəbər verir ki, fransalı yarımmüdafiəçi avqustun sonunda "PSJ"dən 123 milyon funt sterlinqə "Liverpul"a keçib. O, "qırmızılar"ın heyətində 13 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Fridel bildirib: "Belə bir məbləğ ödəyəndə məqsədiniz oyunçunu sonradan baha satmaq olmur. Ona görə də, əgər futbolçunun çoxlu qolu və məhsuldar ötürməsi yoxdursa, insanların sual verməsi təəccüblü deyil. Amma mən başqa liqadan gəlmiş, fərqli üslubda çıxış edən bir oyunçu görürəm. Hər həftə Premyer Liqaya daha yaxşı uyğunlaşır. O, inanılmaz istedaddır, böyük sürəti və çevikliyi var. 'Brayton'a qarşı ikinci qolu xatırlayın: Olivye Boskali səhv etdi, Barkolya dərhal reaksiya verdi, sürətindən istifadə etdi və İsaaka dəqiq ötürmə verdi – nəticədə qol vuruldu. Bütün bunlar çox yaxşı oynayan 'Brayton'a qarşı baş verdi. Ümid edirəm ki, 'Liverpul'un azarkeşləri birinci mövsümdə qol və ötürmə baxımından yüksək göstəricilər görməsələr, onun uğursuz olduğunu düşünməzlər. O, hələ Premyer Liqanın fiziki intensivliyinə və yüksək tempinə uyğunlaşmalıdır. 'PSJ'də o, komandanın topa 75% sahib olmasına öyrəşmişdi. Burada isə hər şey fərqlidir. Amma onun oyununda gördüklərim mənə xoş gəlir".