"Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldunun Portuqaliya və dünya futboluna təsirindən danışıb.

Offsideplus.az xəbər verir ki, Ferdinand Ronaldunun Portuqaliya millisindəki karyerasını başa vurmasının ölkə futboluna böyük təsir göstərəcəyini bildirib.

"Federasiya yəqin ki, Kriştianonun qalmasını istəyərdi – heç olmasa maliyyə baxımından. Çünki Ronaldu kommersiya layihəsi kimi Portuqaliya millisindən də böyükdür. Bu, faktdır: kimin xoşuna gəlir, kimin yox, fərq etməz. Əminəm ki, onun millidən ayrılması Portuqaliya Futbol Federasiyasının kommersiya göstəricilərinə ciddi təsir edəcək. Təsəvvür edin, onun bir neçə paylaşımı belə böyük effekt yaradır. 2026 Dünya Çempionatı zamanı Kriştianonun sosial şəbəkələrdəki auditoriyası 107 milyon dollar dəyərində qiymətləndirilib, halbuki Portuqaliya millisinin rəsmi hesabları həmin dövrdə 88 milyon dollar göstəriciyə çatıb. Düşünün, bir nəfər – Kriştiano – daha az paylaşım etsə də, bütün federasiyanı geridə qoyur! Bu, inanılmazdır! Onun kameraya oxuduğu bəyanata da diqqət yetirmək lazımdır. O, dünyanın hər yerində "Portuqaliyada hazırlanıb" ifadəsini eşitməkdən qürur duyduğunu dedi. Bu da onun yatırımlarının və Portuqaliyanı futboldan kənarda da tanıtmasının nəticəsidir. O, dünya səviyyəli ulduz, qlobal ikonadır. Düşünürəm ki, Portuqaliya heç vaxt onun kommersiya cazibəsini və qlobal təsirini əvəz edə bilməyəcək. Onun Portuqaliya və dünya futboluna verdiyi töhfəni qiymətləndirmək mümkün deyil", – deyə Ferdinand vurğulayıb.