UFC-nin ağır çəki üzrə çempionu Siril Qan hazırda divizionun vəziyyəti ilə bağlı fikirlərini bölüşüb. Fransalı idmançı hesab edir ki, ağır çəki divizionunun ilk onluğunda yer alan döyüşçülər inanılmaz səviyyədədir və bu, divizionun tarixində ən yaxşı dövrdür.

Offsideplus.az xəbər verir ki, Siril Qan bu barədə belə danışıb: "Ağır çəki divizionunun ilk onluğunda olan döyüşçülər inanılmazdır. Bir çoxları divizionun zəif olduğunu deyir. Amma məncə, bu, onun tarixində ən yaxşı məqamdır". Qan növbəti döyüşünü 15 noyabrda UFC 334 turnirində Coş Hokita qarşı keçirəcək.