İtaliyanın tanınmış mütəxəssisi Luçano Spalletti "Yuventus"un Avropa Liqasının ümumi mərhələsinin 4-cü turunda AZ üzərində qazandığı 2:1 hesablı qələbəni dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, Spalletti komandasının güclü rəqibə qarşı yaxşı oyun göstərdiyini bildirib: "Bu axşam çox yaxşı futbol nümayiş etdirdik və oyundan razı qaldım. Avropada bütün komandalar sona qədər temp saxlayır. Əgər oyun daha 5 dəqiqə davam etsəydi, yəqin ki, qələbəni qoruyub saxlaya bilməzdik. Üçüncü qolu vurmalı idik. Boga və Exator əvəzetmədən meydana çıxanda oyunun axarını dəyişmək üçün keyfiyyətlərə sahibdirlər. Amma müdafiəyə çox çəkildik və son dəqiqələrdə daha yaxşı oynaya bilərdik. Kimisə xüsusi fərqləndirmək istəmirəm, əsas olan komandanın ümumi əhvalıdır. Qolu bir qərarın verilməməsi səbəbindən buraxdıq. Qərar verməmək, səhv qərar verməkdən daha pisdir".