Portuqaliya futbolunun canlı əfsanəsi Kriştiano Ronaldo milli komandadakı karyerası barədə qərar qəbul edib.
Offsideplus.az xəbər verir ki, o, milli karyerasını başa vurduqdan sonra federasiyanın təşkil etmək istədiyi vida oyununda iştirak etməkdən imtina edib.
Portuqaliya Futbol Federasiyasının (FPF) 41 yaşlı hücumçu üçün xüsusi vida qarşılaşması və təntənəli mərasim keçirmək niyyətində olmasına baxmayaraq, ulduz futbolçu son bir matç üçün belə milliyə qayıtmaq istemədiyini bildirib.
Ronaldonun milli komandadan ayrılması baş məşqçi Joze Jezus ilə yaşadığı ciddi fikir ayrılıqları və oyun müddəti ilə bağlı narazılıqdan qaynaqlanır.
FPF prezidenti Pedro Proensanın vasitəçiliyi ilə Ronaldo və Joze Jezus arasında təşkil olunması planlaşdırılan telefon danışığı baş tutmayıb.
Ronaldo artıq Portuqaliya millisinin baş məşqçisi ilə heç bir formada ünsiyyət qurmaq və ya danışıqlar aparmaq niyyətində deyil.
Portuqaliya millisinin heyətində 234 matçda 146 qol vuran və Avro 2016-nın qalibi olan təcrübəli hücumçu 23 illik milli karyerasına beləliklə gərgin bir şəraitdə yekun vurmuş oldu.


