UFC-nin yüngül çəki döyüşçüsü Den Huker nokautla məğlubiyyətdən cəmi iki ay yarım sonra oktaqona qayıtmasının səbəbini izah edib.

Offsideplus.az xəbər verir ki, o bildirib ki, döyüşlər onun üçün ən konstruktiv məşğuliyyətdir və məhz bu idman onu dağıdıcı vərdişlərdən qoruyur.

Huker sonuncu dəfə 5 sentyabr tarixində Saladin Parnasla qarşılaşıb və nokautla uduzub. Onun növbəti döyüşü 21 noyabrda baş tutacaq və rəqibi Brayan Orteqa olacaq. Həmçinin UFC Qətərdə keçiriləcək turnirin əsas döyüşünü açıqlayıb: əsas qarşılaşmada İri Proxazka və Alcameyn Stirlinq üz-üzə gələcək. Şara Bullet isə turnirin iştirakçıları arasında yer almayıb.