UFC prezidenti Dana Uayt İslam Maxaçev və Karlos Prates arasında baş tutmayan qarşılaşma barədə fikirlərini bölüşüb. O bildirib ki, hər iki döyüşçü yanvar ayında döyüşməyə şifahi razılıq verib. Lakin Maxaçev həmin döyüşün elan olunduğu gün özü bu qarşılaşmada iştirak edə bilməyəcəyini bildirib.

Offsideplus.az xəbər verir ki, Dana Uayt çempionlardan ildə üç döyüş gözləmədiyini, amma ən azı iki dəfə qəfəsə çıxmalarının yaxşı olacağını vurğulayıb. "Onun bu addımı divizionun inkişafını ləngidir. Orada öz şansını gözləyən çoxlu iddialı idmançılar var", – deyə Uayt qeyd edib. Qeyd edək ki, UFC yanvarda keçiriləcək UFC 336 turnirində Karlos Prates və Maykl Morales arasında yarımorta çəki üzrə müvəqqəti titul döyüşünü elan edib. Dana Uayt əlavə edib ki, Maxaçevin istənilən döyüşü qəbul etmək kimi öhdəliyi yoxdur.