UFC-nin yüngül çəkidə sabiq çempionu Petr Yan Merab Dvalişvili üzərində qazandığı son qələbə və onların trilogiyası barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Yan hakimlərin qərarı ilə tam razı olduğunu bildirib və bu barədə mübahisələrin onu maraqlandırmadığını deyib. "Həmişə tənqid edənlər və qərəzli yanaşanlar olacaq. UFC reytinqləri isə sadəcə öz axarında gedən statistikadır", – deyə Yan qeyd edib.
Dvalişvili ilə münasibətlərinə toxunan Yan onların arasında ciddi bir münaqişənin olmadığını vurğulayıb: "Sadəcə döyüşdük, sonra əl sıxdıq, bir neçə kəlmə danışdıq. Mən ona tarix və siyasət barədə dedim. Aydındır ki, onun müəyyən anlaşılmazlıqları var. Ona dedim: 'Bir az kitab oxu, bəlkə sakitləşərsən'", – deyə Yan əlavə edib.
Qeyd edək ki, Yan və Dvalişvili üç dəfə qarşılaşıb. 2023-cü ildə Dvalişvili, 2025 və 2026-cı illərdə isə Yan qalib gəlib. Bütün döyüşlər hakimlərin yekdil qərarı ilə başa çatıb.


