UFC-nin keçmiş çempionu İliya Topuriya Gürcüstanda təlim-məşq toplanışına start verib. O, sosial şəbəkədə paylaşım edərək bildirib: "Hər şeyin başladığı yerə qayıtdım. Keçmişi xatırlamaq üçün yox, özümü yenidən tapmaq üçün buradayam. Matador geri dönür".
Offsideplus.az xəbər verir ki, sonuncu döyüşündə UFC-nin "Bel White House" turnirində Topuriya texniki nokautla Castin Geyciyə uduzub və nəticədə üz sümükləri ilə burnunda sınıq aşkarlanıb. Döyüşçü bu barədə belə deyib: "Güzgüyə baxdım və özümü tanımadım".


