Misli Premyer Liqasında 10 turu geridə qoymuşuq. Mövsümün bu hissəsinə qədər əsas sürprizi “Kəpəz”in 9 oyuna 17 xal yığmasıdır.
Bu barədə Gəncənin canlı əfsanəsi hesab olunan Mahmud Qurbanov fikirlərini Offsideplus.az-la bölüşüb:
“Həm nəticə, həm də toplanılan xal ürəkaçandır. Komanda yaxşı nəticə qazanır. Gəncə əhli üçün sevindirici haldır. Gözəl stadion var. Belə baxımlı stadionu azarkeşin doldurması komandanın gücünə güc qatır”.
Qeyd edək ki, “Kəpəz”in ehtiyatda “Qarabağ”la da bir oyunu var.


