Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun matçına təyinat alıb.
Offsideplus.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı hakim Belçikada keçiriləcək "Anderlext" – "Zaltsburq" (Avstriya) görüşünün baş hakimi olacaq.
Matçda ona Elşad Abdullayev və Pərvin Talıbov assistentlik edəcəklər. Dördüncü hakim funksiyasını isə Nicat İsmayıllı yerinə yetirəcək.
Qeyd edək ki, "Anderlext" – "Zaltsburq" oyunu noyabrın 5-də, Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.


