"Araz-Naxçıvan" Azərbaycan çempionatlarının yüksək dəstəsində 40-cı heç-heçəsini gerçəkləşdirib.

Offsideplus.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu yubiley Misli Premyer Liqasının X turunda "Zirə" ilə doğma meydan qarşılaşmasına (2:2) təsadüf edib.

Naxçıvan təmsilçisi çempionatda keçirdiyi 157-ci matçında bu göstəriciyə çatıb.

Sülhlərdən 23-ü ev, 17-si isə səfər oyunlarında qeydə alınıb.

"Araz-Naxçıvan" ölkə çempionatları tarixində ən azı 40 heç-heçə edən 21-ci komanda olub.