Dieqo Simeone "Atletiko"nun baş məşqçisi olaraq Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Bavariya" ilə qarşılaşma öncəsi komandasının necə oynamasını istədiyini bildirib.

Offsideplus.az xəbər verir ki, Simeone oyunla bağlı bunları deyib: "80 dəqiqə hücum etmək, rəqibə cəmi 10 dəqiqə imkan vermək, 20 ötürmədən sonra qol vurmaq istərdim, necə ki, "Levante" ilə oyunda olmuşdu... Amma reallıq fərqlidir: qarşımızda güclü və möhkəm bir komanda var, onların yaratdığı pressinqdən çıxmaq, çətin anları aşmaq lazım olacaq".