İspaniya Futbol Federasiyasının prezidenti Rafael Lusan 2030-cu il dünya çempionatının finalının yenidən qurulan "Kamp Nou" stadionunda keçirilməsini arzuladığını bildirib.

Offsideplus.az xəbər verir ki, Lusan Barselona meri ilə bu barədə razılıq olduğunu qeyd edib: "Barselona meri artıq bildirib ki, 2030-cu ildə bu kubokun burada keçirilməsini istəyir. Ümid edirəm, belə də olacaq, bunun üçün bütün imkanlar var".

Federasiya rəhbəri əlavə edib ki, 2029-cu ildə Çempionlar Liqasının finalı da məhz bu arenada baş tutacaq. "Biz "Barselona", şəhər rəhbərliyi və federasiya olaraq tədbirin uğurla keçirilməsi üçün birgə çalışırıq. Hər kəs bu stadionu görəcək, o, Avropanın ən yaxşı arenasına çevriləcək", – deyə Lusan vurğulayıb.