Son günlərdə xarici mediada Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın “Fənərbağça”ya keçidi ilə bağlı bəzi xəbərlər çıxıb.

Bu xəbərlər nə qədər doğrudur? İstanbul təmsilçisi litvalı mütəxəssis üçün paytaxt təmsilçisinə təklif göndərib? Klubun mətbuat katibi Elnur Həmidov Offsideplus.az-ı bu barədə məlumatlandırıb. Onun sözlərinə görə kluba heç bir rəsmi təklif olmayıb.

Qeyd edək ki, V. Dambrauskas ötən mövsümün yayından “Sabah”ın sükanı arxasındadır.