Bu mövsüm "Bruklin Nets" ilk qələbəsini "İndiana Peysers" üzərində 98:90 hesabı ilə əldə edib. Bununla da NBA-də yalnız bir komanda hələ də qələbə sevinci yaşaya bilməyib.

Offsideplus.az xəbər verir ki, "Sakramento Kinqs" mövsümə 0-6 nəticə ilə başlayıb. Komanda indiyədək "Klipers", "Portlend", "San Antonio", "Nyu Orlean Pelikans" və iki dəfə "Memfis Qrizliz"ə uduzub. "Kinqs" növbəti oyunda 3 noyabr tarixində səfərdə "Dallas Maveriks"lə qarşılaşacaq.