Azərbaycan Basketbol Liqasında (ABL) V tura yekun vurulub.
Offsideplus.az xəbər verir ki, turun son günündə iki qarşılaşma baş tutub. Bakı İdman Sarayında "Sumqayıt"la qarşılaşan "Sabah" rəqibinə 100:85 hesabı ilə qalib gəlib.
"Bayquşlar"ın heyətində Frenki Fidler 20 xalla fərqlənib, matçın ən məhsuldar idmançısı isə 23 xalla "Sumqayıt"ın üzvü Malek Qrin olub.
Günün digər matçında isə "Gəncə" evdə NTD-ni sınağa çəkib. FIBA Avropa Kubokundakı uğurlu çıxışını daxili çempionatda da davam etdirən Qərb təmsilçisi 100:80 hesablı qələbə qazanıb.
Qarşılaşmada "Gəncə"də Ksavyer Rouds, NTD-də isə Rayan Kaleb Bartli hərəyə 26 xalla yadda qalıblar.


