UFC-nin sabiq çempionu Stipe Mioçiç hesab edir ki, Aleks Pereyra ağır çəkidə də titul qazanacaq. Onun fikrincə, braziliyalı idmançı üçüncü kəməri əldə etməyə qadirdir.
Offsideplus.az xəbər verir ki, Mioçiç bu barədə belə danışıb: "Mən 38 yaşımda titul qazanmışam, Pereyra üçün də hər şey yaxşı olacaq. O, güclü döyüşçüdür. Qanla qarşılaşması onun ağır çəkidə ilk döyüşü idi və Aleks göstərdi ki, bu diviziona hazırdır. Artıq nə ilə üzləşəcəyini bilir. Pereyra iki fərqli çəki dərəcəsində titul əldə edib. O, məndən daha çox iş görüb. Aleksin düzgün məşqçiləri var, hər şey yaxşı olacaq".
Qeyd edək ki, 13 dekabrda UFC 335-də Aleks Pereyra Sergey Pavloviçlə qarşılaşacaq.


