"UFC Vegas 123" turnirində mübarizə aparan Fərman Həsənov Jan-Pol Lebosnoyani ilə qarşılaşmada məğlubiyyətlə üzləşib.
Offsideplus.az xəbər verir ki, döyüş boyunca ayaq zərbələri və dəqiq kombinasiyalarla fəallıq gösterən Lebosnoyani üstünlüyü ələ alıb.
Fərman Həsənov ilk raundda rəqibini yerə yıxmağa müvəffəq olsa da, fransalı idmançı tezliklə ayağa qalxaraq təzyiqi artırıb.
Üçüncü raundda təmsilçimizin sol gözündən aldığı ciddi zədə səbəbindən həkim qarşılaşmanı dayandırıb. Beləliklə, Jan-Pol Lebosnoyani texniki nokautla qalib elan olunub.
Qeyd edək ki, bu, Fərmanın UFC-də ikinci döyüşü və ilk məğlubiyyəti olub.


