Azərbaycanın FIFA referisi Kamal Umudlu beynəlxalq təyinat alıb.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı hakim UEFA Gənclər Liqasında "Vilyarreal" (İspaniya) və PSJ (Fransa) komandalarının U-19 heyətləri arasında keçiriləcək qarşılaşmanı idarə edəcək.
K.Umudluya Vüsal Məmmədov və Rəhman İmami köməklik edəcəklər.
Dördüncü hakim funksiyasını ispan Borxa Qixarro Kolomer yerinə yetirəcək.
Görüş sabah Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.


