"Qolden Steyt Uorriors"un baş məşqçisi Stiv Kerr komandanın forvardı Yaksell Lendeborqun mövsümün əvvəlində göstərdiyi məhsuldarlıq və inamlı çıxışı barədə fikirlərini bölüşüb. "Klipers" üzərində 124:112 hesablı qələbədən sonra jurnalistlər Kerrə Lendeborqun uğurlu debütündə onu ən çox nə təəccübləndirdiyini soruşublar.

Offsideplus.az xəbər verir ki, Stiv Kerr bu barədə belə deyib: "O, hələ NBA oyununu tam mənimsəməyib, amma artıq belə çıxış edir. Oyun onun üçün hələ də çox sürətlidir, lakin o qədər bacarıqlı və istedadlıdır ki, meydançada müxtəlif imkanlar yaradır. Düşünürəm, kombinasiyaları daha yaxşı oxumağa başladıqca, ikiqat sıxma və pik-n-roll epizodlarında necə davranacağını öyrəndikcə daha da inkişaf edəcək. Müdafiədə isə hələ çox işləməlidir. Mövsümün ilk həftələrində oyunlara göstərdiyi təsir həqiqətən heyrətamizdir". Qeyd edək ki, bazar günü Lendeborq 37 xal toplayıb və bu, "Qolden Steyt Uorriors"un debütantları arasında Stefen Karridən bəri ən yüksək göstəricidir.