UFC-nin keçmiş döyüşçüsü Kolbi Kolvinton İslam Maxaçevin UFC 336-da Karlos Prateslə qarşılaşmadan imtina etməsinə və karyerasının son döyüşlərinə yaxınlaşdığını bildirməsinə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Kolvinton bu barədə belə deyib: "Bəlkə də o, bir daha heç vaxt döyüşməyəcək. Əgər sən belə açıqlamalar verirsənsə və bir ayağın artıq getməkdədirsə, digər ayağın isə hələ də buradadırsa, yəqin ki, indi getmək daha yaxşıdır. Qəfəsə qayıtmağa ehtiyac yoxdur. Çox güman, bu, danışıqlar üçün bir taktika ola bilər. Açıq deyirəm, bəlkə də o, UFC ilə belə danışıqlar aparır: 'Növbəti döyüşüm sonuncu olacaq, bundan sonra karyeramı bitirəcəyəm. Amma əgər kifayət qədər pul təklif etməsəniz, daha tez təqaüdə çıxaram.'"

İslam Maxaçev isə bildirib: "Növbəti döyüşüm karyeramda sonunculardan biri olacaq. Bir daha bütün dünyaya kim olduğunu sübut etmək istəyirəm."