"Qızıl top"un qalibi Harri Keyn oyununu daha da təkmilləşdirmək istədiyini və hazırda karyerasının pik nöqtəsində olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, ingilis hücumçu bu barədə bunları söyləyib:
"Karyeramı bitirəcəyim günə qədər inkişaf etdirmək istədiyim cəhətlər həmişə olacaq. Bununla belə, heç vaxt indiki qədər universal futbolçu olmamışam. Meydana çıxanda həm fiziki, həm də psixoloji baxımdan pik formamda olduğumu hiss edirəm. Oyun anlayışım, mövqe seçimi, müdafiəçiləri üzərimə çəkməyim və imkanları dəyərləndirməyim hazırda ən yüksək səviyyədədir. Hələ də əla formadayam və bu, məni daha da ruhlandırır.
Əgər hazırda məndə Messinin sol ayağı olsaydı, məni saxlamaqları praktiki olaraq imkansız olardı".


