Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Poz-Qazan” oyunları oktyabr ayında ümumilikdə 3 264 382  uduşlu bilet sahibinə sevinc yaşadıb.

Bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 17 572 432  manat təşkil edib. Onların arasında 30 böyük uduş var. “Uğurlu 7” lotereyasında düz 2 böyük uduş – 50 000 manat Goranboy və Abşeron rayonunda qazanılıb. Eyni lotereyanın daha 2 biletində isə 10 000 manatlıq uduş qeydə alınıb.

Ötən ay “Qızıl” lotereyasında 25 000 manatlıq uduş əldə edilib. “Kosmos” lotereyası isə 12 nəfəri 10 000 manatlıq uduşla sevindirib. “Sür Qazan” lotereyasında da 10 000 manatlıq uduş qeydə alınıb.

“4 Fəsil” və “Bəxt açarı” lotereyalarının hər birində 5 000 manatlıq uduş qazanılıb. “Qoşa” oyunu üzrə isə düz 10 bilet sahibinin hər biri 4 000 manat əldə edib.

Uduşlu biletlər Bakı, Sumqayıt, Gəncə, Goranboy, Şəmkir, Bərdə, Qəbələ, Balakən, Şamaxı, Ağcabədi, Zaqatala, İmişli, Kürdəmir, Şabran, Cəlilabad, Lənkəran şəhərlərində qeydə alınıb. Qaliblər arasında Rasim Soltanov, Natiq Davidov, Məhəmməd Süleymanov, Aynur Gülməmmədova və s. olub.

“Azərlotereya”nın “4+4” tirajlı lotereyasında cekpot məbləği hazırda rekord həddə çataraq 2 000 000 manatı ötüb və öz şanslı sahibini gözləyir. Bununla yanaşı, müxtəlif “Poz-Qazan” oyunlarında da 500 000 manatadək böyük uduş qazanmaq imkanı var.

Biletləri Azərlotereya.com və Misli.az səhifələri, “Azərlotereya” satış nöqtələri, “Misli” məntəqələri, “Azərpoçt” şöbələri, “Araz” və OBA marketlər şəbəkəsi, eləcə də digər mağaza və köşklərdən əldə etmək mümkündür.