Rusiyalı sabiq futbolçu Andrey Arşavin Aleksey Batrakovun "Mançester Yunayted"ə transferinin məqsədəuyğun olmadığını bildirib.

Offsideplus.az xəbər verir ki, Arşavin bu barədə fikirlərini belə ifadə edib: "Batrakovun "Mançester Yunayted"ə keçidi barədə eşitməmişəm. Amma hazırda Bruno Fernandesin orada problemləri var. Üstəlik, Batrakov üçün hələ tezdir. Ümumiyyətlə, ona bu "Mançester Yunayted"ə niyə getmək lazımdır? Hazırda iki komanda var ki, ora məşqçilər getmək istəmir. Bunlar "Mançester Yunayted" və hansısa rus klubudur. Adını xatırlasam, deyərəm".