"Nəticə ilə barışmalıyıq”.
Offsideplus.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Filipe Kandido mətbuat konfransında deyib.
Mütəxəssis Misli Premyer Liqasının X turunda “Şəfa”ya (1:1) qarşı keçirdikləri matçla bağlı fikirlərini bölüşüb: “Çətin oyun olacağını bilirdik. Bu gün yaxşı oynamadıq. İlk 10-15 dəqiqədə yaxşı çıxış etsək də, sonradan çoxlu top itkilərinə yol verdik. Bu isə rəqib üçün üstünlük oldu. Onlar ilk yarını öndə bitirməyə layiq idilər. İkinci hissədə bəzi şeyləri dəyişməyə çalışdıq. Düşünürəm ki, bunu bacardıq. Bərabərlik qolunu da vurduq. Bir neçə qol epizodumuz da oldu. Təbii ki, heç-heçə istədiyimiz nəticə deyildi”.
Qeyd edək ki, bu nəticədən sonra "Sumqayıt" 9 xalla turnir cədvəlinin doqquzuncu, "Şəfa" isə 4 xalla on birinci pilləsində qərarlaşıb.


