LaMelo Ball NBA tarixində ən sürətli şəkildə 1000 üçxallıq atışa çatan oyunçu olub. "Minnesota"nın oyunçusu bu uğura "Miluoki"yə qarşı keçirilən və 112:100 hesabı ilə başa çatan görüşdə imza atıb.

Offsideplus.az xəbər verir ki, Ball həmin qarşılaşmada 34 xal toplayıb və 13 cəhddən 6 üçxallıq atışını dəqiq yerinə yetirib. O, 1000 üçxallıq həddinə çatmaq üçün cəmi 311 oyuna ehtiyac duyub. Bu göstərici ilə Ball NBA tarixində bu nailiyyətə ən tez çatan oyunçu olub. Onun ardınca Dunkan Robinson (343 oyun), Baddi Hild (350), Luka Donçiç (351), Entoni Edvards (353) və Stefen Karri (369) gəlir.