İngiltərəli hücumçu Harri Keyn "Bavariya Münhen"də son günlərin emosional keçdiyini bildirib.

Offsideplus.az xəbər verir ki, Keyn Çempionlar Liqasının ümumi mərhələsində "Atletiko" ilə qarşılaşma öncəsi açıqlama verib. "Son həftə bizim üçün əsl sınaq oldu – müxtəlif hisslər yaşadıq. "Qızıl top"u qazanmaq inanılmaz an idi, amma zədələr və Yozua Kimmixin ailəsində yaşanan itki də ağır oldu. Belə məqamlarda birgə mübarizə aparmaq vacibdir. Hazırda əsas oyunçularımız və baş məşqçimiz çatışmır. Lakin digər futbolçular bu fürsətdən istifadə edib özlərini göstərə bilərlər. Ümumilikdə vəziyyət pis deyil. "Borussiya Dortmund"la 2:2 hesablı heç-heçə etdiyimiz oyunda 4-5 qol vura bilərdik. Sabahkı qarşılaşmada və növbəti Bundesliqa turunda qalib gələrək mövqeyimizi daha da gücləndirə bilərik", – deyə Keyn vurğulayıb.