"Bayern Münhen"in hücumçusu və "Qızıl top"un sahibi Harri Keyn UEFA Çempionlar Liqasının IV turunun "Atletiko Madrid"lə matçı öncəsi rəqib komandanın baş məşqçisi Diyeqo Simeonenin onun haqqında işlətdiyi tərif dolu fikirlərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, təcrübəli forvard argentinalı mütəxəssisin onun haqqında dediyi "digər futbolçular üçün nümunədir" sözlərini belə cavab verib:
"Simeone müasir futbolun ən yaxşı məşqçilərindən biridir. Ondan belə tərif almaq benim üçün böyük şərəfdir. 'Qızıl top'u qazandıqdan sonra çox müsbət reaksiyalar aldım. Mənim keçdiyim yol bəlkə də digər qaliblərin yolundan fərqlənirdi, çünki karyeramda kifayət qədər çətin anlar olub. Lakin əzmkarlıq və gərgin zəhmət sayəsində bu pilləyə ucalmışam. Simeonenin bizi dayandırmaq üçün əlindən gələni edəcəyini bilirəm, bizi ağır oyun gözləyir, amma onun xoş sözlərini çox yüksək qiymətləndirirəm".


