Misli Premyer Liqasının lideri "Neftçi" keçirdiyi 10 qarşılaşmada 25 qol vurmaqla XXI əsrin rekorduna imza atıb.

Offsideplus.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Bakı klubunun mövsümün ilk 10 matçında bu həddə çatması sonuncu dəfə 2000/2001 mövsümündə (28 qol) qeydə alınıb.

Beləliklə, son 25 ilin ən yaxşı göstəricisini göstərən "flaqman" orta hesabla hər matça 2,5 qol düşən məhsuldarlıq sərgiləyib.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixinin mütləq rekordu da "Neftçi"yə məxsusdur. Paytaxt təmsilçisi 1996/1997 mövsümünün startındakı 10 oyunda rəqib qapılarından 42 top keçirib.