Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun oyununa təyinat alıb.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı hakim İspaniyada keçiriləcək "Selta" – "Yunion" (Belçika) matçının baş hakimi olacaq.

Görüşdə ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli assistentlik edəcəklər. Dördüncü hakim funksiyasını isə Rauf Cabarov yerinə yetirəcək.

Qeyd edək ki, "Selta" – "Yunion" qarşılaşması noyabrın 5-dən 6-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.