Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda "Milan" Ruben Amorimin rəhbərliyi ilə "Bornmut"a 0:3 hesabı ilə uduzub.
Offsideplus.az xəbər verir ki, hesab böyük olduqdan sonra meydan sahiblərinin azarkeşləri portuqaliyalı mütəxəssisə ünvanlanan şüarı səsləndiriblər: "Ruben Amorim, bu yenə baş verdi!"
Qeyd edək ki, 2024-cü ilin dekabrında "Mançester Yunayted" Ruben Amorimin başçılığı ilə "Bornmut"a eyni hesabla məğlub olmuşdu.
41 yaşlı mütəxəssis azarkeşlərin bu şüarına gülümsəməklə cavab verib.


