Almaniyalı mütəxəssis Fabian Hürzeler "Mançester Yunayted"də çalışmaq üçün "Brayton"dan ayrılmaqda maraqlı deyil.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar"ın rəhbərliyi 33 yaşlı mütəxəssisi Maykl Kerrikin istefası ehtimalı üçün namizəd kimi görür. Bu barədə jurnalist Ben Ceykobs öz sosial şəbəkə hesabında məlumat yayıb.

Ceykobs həmçinin Mançester təmsilçisinin Almaniya millisinin sabiq baş məşqçisi Yulian Nagelsmannı da əsas namizədlərdən biri kimi nəzərdən keçirdiyini təsdiqləyib.

Qeyd edək ki, Hürzeler 2024-cü ilin yayından "Brayton"a rəhbərlik edir. İngiltərə çempionatının ilk 7 turundan sonra "qağayılar" 16 xal toplayaraq üçüncü pillədə qərarlaşıblar. "Mançester Yunayted" isə 7 xalla 13-cü sıradadır.