UFC-nin keçmiş iki çəki dərəcəsində çempionu Con Cons özünü UFC tarixinin ən böyük döyüşçüsü hesab edənlər sırasında görür. O bildirib ki, bəzi döyüşçülərin rekordlarını qırmasını və yeni "ən böyüklər" kimi tanınmasını istəsə də, ailəsinin şərəfi və övladlarının gələcəyi naminə bu statusu qorumaq arzusundadır.
Offsideplus.az xəbər verir ki, Cons bu barədə danışarkən İliya Topuriyanın adını xüsusi qeyd edib: "Düzünü desəm, düşünürdüm ki, Topuriya mənim ən böyük döyüşçü statusumu ilk dəfə şübhə altına ala biləcək idmançı olacaq. Amma gördük ki, onun başına nə gəldi". Qeyd edək ki, İliya Topuriya son döyüşünü 2026-cı ilin iyununda UFC-nin Ağ Evdə keçirilən turnirində Castin Geyciyə texniki nokautla uduzub.


