“Real”ın qapıçısı Tibo Kurtua İspaniya klubu ilə yeni müqavilə imzalayacağını təsdiqləyib.
Offsideplus.az xəbər verir ki, məsələ ilə bağlı qolkiper bunları deyib:
“Sadəcə, bir neçə xırda detalı həll etmək lazımdır. “Real”da daha bir il qalacağım üçün çox sevinirəm”.
Qeyd edək ki, 34 yaşlı qapıçının hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır.


