UFC-nin keçmiş iki çəki dərəcəsində çempionu Aleks Pereyra gələcək planlarından danışıb. O bildirib ki, ağır çəkidə çıxışını davam etdirmək niyyətindədir, lakin Serqey Pavloviçə qarşı döyüşdə uğursuzluq olacağı halda, yarımağır çəkiyə qayıtmaq ehtimalını nəzərdən keçirəcək.
Offsideplus.az xəbər verir ki, Pereyra bu barədə belə deyib: "Ağır çəkidə qalmaq istəyirəm, amma gələcəkdə nə baş verəcəyini heç kim bilə bilməz. Pavloviçlə döyüşəcəm. Qələbə qazanmaq istəyirəm. Həmçinin Qanla yenidən qarşılaşmaq arzum var. Hər şey yaxşı da ola bilər, pis də. Əgər alınmasa, başqa variantları nəzərdən keçirəcəyəm". Aleks Pereyra Serqey Pavloviçə qarşı UFC 335 turnirində döyüşəcək.


